Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, zəlzələ mərkəzi Düzcenin Gölyaka rayonu olmaqla İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmiri də əhatə edən geniş ərazidə hiss olunub.
Təbiət hadisəsi nəticəsində ilkin məumata əsasən, ümumilikdə 46 nəfər xəsarət alıb. Onlardan 37-si Düzcedə (biri ağır), biri İstanbulda, altısı Zonguldakda, biri Sakarya, biri də Boludadır.
Düzcedə bəzi evlərin və iş yerlərinin divarlarında söküntülər var, şəhər ədliyyəsinin binasının damından qopan bəzi beton parçaları yerə düşüb. Düzcedə nəzarət məqsədilə kəsilən elektrik enerjisi artıq bir çox bölgəyə verilməyə başlayıb.
Zəlzələ səbəbiylə Düzce və Sakaryada təhsil bir günlük dayandırılıb.
Xatırladaq ki, yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.