Noyabrın 23-də Rusiya ordusu tərəfindən Ukraynaya raket hücumları nəticəsində 10 nəfər həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə daxili işlər naziri Denis Monastırski feysbuk səhifəsində yazıb.
"Rusiya Ukraynanın hər yerində dinc əhaliyə kütləvi raket zərbələri endirməkdə davam edir. Bu gün çoxmərtəbəli binalara üç dəfə zərbə endirilib. Təəssüf ki, 10 nəfər həlak olub. Təkcə oktyabrın 10-dan noyabrın 23-dək ruslar 600-ə yaxın raket hücumu həyata keçirib”,- deyə nazir əlavə edib.