“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmadı”.
NUHÇIXAN İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT-nin İrəvanda keçirilən sammiti ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.
“Əgər doğrultsa idi, onda bəyannaməni imzlayardıq”, - Alen Simonyan qeyd edib.
Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında isə o, bildirib ki, belə bəyanat verməyiblər:
“Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduğumuzu bildirmişik”.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan toplantının yekun bəyannaməsini imzalamaqdan imtina edib.