Krımda 10 iranlı kamikadze dron təlimatçısı öldürülüb

229

Krımda “Şahed-136” kamikadze dronlarını idarə etməyi öyrədən iranlılar öldürülüb.

NUHÇIXAN İnformasiya Agentliyi “The Guardian“a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib.

Danilovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Krımda ruslara “Şahed-136” pilotsuz təyyarələrini idarə etməkdə kömək edən iranlıları öldürüb.

Bundan əvvəl İsrail mətbuatı Krımda 10-a yaxın iranlının öldürüldüyü barədə məlumat vermişdi.

"Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib millətimizin məhvində iştirak edirlərsə, biz onları öldürməliyik", - deyə Danilov bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: