Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, “Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il dekabrın 3-dək uzadıb. Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir.
Xatırladaq ki, Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.