Türkiyə Prezidenti: Qadınlara qarşı zorakılığın qarşısı tam şəkildə alınana qədər mücadiləmiz davam edəcək
Qadın və uşaq qatillərinin yaxasından yapışmasaq, ölkənin idarə olunması bir tərəfə dayansın, humanizmə dair məsuliyyətin təməl prinsiplərinə dair vəzifələri yerinə yetirməmiş olarıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Qadına qarşı zorakılıqla mücadilə” mövzusunda 4-cü beynəlxalq fəaliyyət planı ilə bağlı konfransdakı çıxışında ifadə edib.
Türkiyəyə qarşı təhlükələr meydanda olduğu halda ortaya çıxan ayrı-seçkiliyin davam etməsindən təəssüfləndiyini vurğulayan dövlət başçısı gündəlikdə duran digər məsələlərə də münasibət bildirərək deyib ki, qadınlara qarşı zorakılığın qarşısı tam şəkildə alınana qədər mücadiləmiz davam edəcək.