Doqquz aydır davam edən müharibənin Ukraynanın ətraf mühitinə vurduğu zərər 1,387 trilyon qrivnanı ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu rəqəmi Ukraynanın dövlət ekologiya müfəttişliyinin rəhbəri səlahiyyətlərini icra edənı İqor Zuboviç müharibənin doqquz ayında Rusiyanın ekologiyaya vurduğu zərərə həsr olunan konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, yekun rəqəm deyil. Dövlət ekologiya müfəttişliyi mütəmadi məlumatlar əldə edir və dağıntıların tam həcmi məlum olduqdan sonra zərərin miqdarı xeyli artacaq.
Agentlik xatırladır ki, Ukrayna Təbii Sərvətlər Nazirliyi Rusiyanın silahlı təcavüzü nəticəsində meşə fonduna dəyən zərərin müəyyən edilməsi metodikasını təsdiqləyib. Bu, müharibənin ətraf mühitə vurduğu zərərin müəyyənləşdirilməsi üzrə nazirlik tərəfindən hazırlanan beşinci metodikadır. Növbədə daha iki metodika - yerin təkinə və qoruq fonduna dəyən zərərin hesablanması var.