“90 il əvvəl Sovet İttifaqının siyasətinin nəticəsi olan dəhşətli Qolodomor milyonlarla ukraynalının ölümünə səbəb olub. Rusiya aclıqdan bu gün də Ukraynaya qarşı silah kimi istifadə edir”.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Rusiya həmçinin dünyanın digər ölkələri arasında parçalanma yaratmağa çalışır.