Ermənistan silahlı qüvvələrinin mayoru həbs edilib.
NUHÇXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, onun xarici xüsusi kəşfiyyat orqanlarına işlədiyi aşkarlanıb. Məlumata görə, hərbçi Ermənistanın ordusunun ölkənin şərq və cənub sərhədindəki fəaliyyəti barədə məxfi məlumatları kəşfiyyat orqanlarına ötürürmüş.
Hazırda istintaq davam edir. Mayorun adı isə hələ ki, açıqlanmayıb.