Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Afinanın şimal-şərqindən 58 kilometr aralıda, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Afina Geodinamik İnstitutundan bildirilib ki, seysmoloqlar Evbea adasının sahillərində də 4,2 və 4,1 bal gücündə yeni yeraltı təkanlar qeydə alıblar. Yeraltı təkanların mənbəyi 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Evbea və Attikanın mərkəzi bölgəsində, o cümlədən Afinada hiss olunub.
Evbeanın bir neçə bölgəsində profilaktik məqsədlər üçün məktəbləri bağlayıblar. Dağıntılar barədə məlumat yoxdur.