Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın təşəbbüsü ilə hərbi hissə və birləşmələrdə genişmiqyaslı yoxlamalara başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, kompleks yoxlamalar tədris ilinə yekun vurulması çərçivəsində aparılır.
Məqsəd döyüş hazırlığının, təminatın, komanda-idarəetmə sisteminin səviyyəsinin qiymətləndirilməsidir.