“NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir”.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.
O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.
Y.Stoltenberqin sözlərinə görə, NATO ölkələri Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etmək ideyasını nəzərdən keçirir: “Tammiqyaslı işğalın əvvəlində bu ideyadan imtina edilmişdi. Lakin indi hava məkanında Ukraynaya üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilməlidir”.