Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman paytaxt Ər-Riyadda Kral Salmanın adına yeni Beynəlxalq Hava Limanının tikintisinə başlanıldığı elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Akhbar al-Saudiya” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, bu, dünyanın ən böyük hava limanlarından biri olacaq və təxminən, 57 kvadrat kilometr ərazini əhatə edəcək. Buraya 6 uçuş zolağı, həmçinin ən yaxşı innovativ standartlara uyğun dizayn edilmiş və ölkənin mədəniyyətini əks etdirən yaşayış və əyləncə obyektləri daxil olacaq.
Hava limanının 2030-cu ilədək 120 milyon sərnişin, 2050-ci ilə qədər isə 185 milyon sərnişin və 3,5 milyon tona qədər yük qəbul edəcəyi gözlənilir.