Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) PKK terror təşkilatına qarşı növbəti uğurlu antiterror əməliyyatı keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, PKK-nın aparıcı şəxslərindən olan, çox təhlükəli terrorçu Fatma Onur dəqiq atəşlə məhv edilib.
Bildirilir ki, təhlükəli terrorçu İraqın şimalında yerləşən Sincar bölgəsində zərərsizləşdirilib.
1990-cı ildən PKK sıralarına daxil olan adıçəkilən şəxs təhlükəli terrorçu kimi MİT-in hədəfində olub.