Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə britaniyalı həmkarı Ceyms Kleverli arasında görüş olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri bu barədə tviterdə yazıb.
“Buxarestdəki təmaslarımızı Britaniya XİN başçısı ilə davam etdirdik. Ukraynadakı son durumu, iqtisadi və təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı müzakirə etdik”, - o vurğulayıb.