Dekabrın 2-də Moskvada MDB-nin İqtisadi Şurasının 96-cı iclası keçiriləcək.
MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iclas videokonfrans formatında keçiriləcək.
İclas iştirakçıları tərəfindən MDB-də iqtisadi əməkdaşlıqla bağlı aktual məsələlər üzrə fikir mübadiləsinin aparılması, o cümlədən Şuranın sənaye siyasəti ilə bağlı fəaliyyətinin, İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2021–2025-ci illər) realizə edilməsi üzrə Tədbirlər Planının həyata keçirilməsinin, sənaye kooperasiyasının inkişafı konsepsiyasının layihələrinin və sənaye kooperasiyasının inkişafı üzrə tədbirlər kompleksinin və digərlərinin müzakirə edilməsi, telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə mübarizə sahəsində əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır.
Tərəflər, həmçinin vahid hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün xərclər, MDB Dövlətlərarası Statistika Komitəsinin və 2022-ci il üçün Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin büdcədənkənar fondlarından gəlir və xərclər smetasını, MDB-nin İqtisadi Şurasının 2022-ci il 23 sentyabr tarixli qərarlarının icrası barədə məlumatı müzakirə edəcək.