Nümayəndələr Palatasının Nyu-Yorkdan olan üzvü Hakim Ceffris qanunverici orqanın yeni lideri seçilib və ABŞ Konqresində belə yüksək vəzifə tutan ilk Afrika mənşəli amerikalı kimi tarixə düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 52 yaşlı Ceffris yekdilliklə seçilib. Hakim Ceffris bu vəzifədə 2013-cü ildən Nümayəndələr Palatasında demokratların lideri olan və bu ayın əvvəlində növbəti sessiyada lider olmağa çalışmayacağını bəyan etmiş Nensi Pelosini əvəz edəcək.
Hakim Ceffrisin əsas müavini Nümayəndələr Palatasının üzvü, Masaçuses ştatından olan 59 yaşlı Ketrin Klark olacaq. Klark Demokratlar Partiyasının fraksiyasının sədr müavini kimi Ceffrisin yanında işləyib və spikerin köməkçisi vəzifəsinə qədər irəliləyib.
Senatda çoxluğun lideri Çak Şumer Ceffrisin bu vəzifəyə seçilməsini ABŞ Konqresi tarixində “dönüş anı” adlandırıb.