Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, “Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini dekabrın 9-dək uzadıb. Uçuş məhdudiyyətləri Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında tətbiq olunur.
Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar olaraq 2022-ci il fevralın 24-dən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.