Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən mundialın qrup mərhələsinin üçüncü turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb. Argentinalı baş məşqçi komandanın mərhələ adlaya bilməməsinə görə məsuliyyəti üzərinə götürüb. X.Martino 2019-cu ildən Meksika millisində işləyib.
Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə pley-off mərhələsinə yüksələ bilməyib.