BMT 2023-cü il üçün indiyədək ən böyük həcmdə - 51,5 milyard dollar dəyərində humanitar yardım tələb edir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla bildirir ki, bu məbləğ əvvəlki dövrə nisbətən 25 faiz çoxdur. Təşkilatın 2023-cü il Qlobal Humanitar Yardım üzrə Ümumi Layihəsinə əsasən, gələn il humanitar yardım alacaq insanların sayının 2022-ci ilə nisbətən 65 milyon artaraq 69 ölkədə təxminən 339 milyon nəfərə çatacağı təxmin edilir. 2023-cü ildə 37 ölkədə 45 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək.
Qeyd edək ki, bu il humanitar təşkilatlar yardıma ən çox ehtiyacı olan 157 milyon insana maddi dəstək göstərib.