Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 14,5 milyondan çox ukraynalı Ukraynanı tərk edib. Bu insanların azı 11,7 milyonu Avropa İttifaqı ölkələrinə keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan haqları üzrə komissarı Dmitri Lubinets feysbuk səhifəsində məlumat yayıb.
“Ukraynada 4,7 milyon məcburi köçkün qeydə alınıb. 14,5 milyondan çox ukraynalı fevralın 24-dən sonra ölkəni tərk edib, ən azı 11,7 milyonu isə Aİ ölkələrinə daxil olub. Avropada 7,7 milyon insan müvəqqəti müdafiə edilən kimi qeydiyyatdadır”,- deyə Lubinets bildirib.