BMT Baş Assambleyası İsrail-Fələstin münaqişəsinin həllinə yardım etmək məqsədilə Moskvada beynəlxalq konfrans keçirilməsini təklif edib.
NUHÇIXAN İnformasiya Agentliyi “Yerusəlim Post”a istinadla bildirir ki, bu çağırış Fələstin məsələsinin sülh yolu ilə həlli istiqamətində atılan addımların tərkib hissəsi kimi nəzərdə tutulur. Belə ki, İsrail ilə Fələstin arasında ədalətli, davamlı və hərtərəfli sülh razılaşmasına nail olunmasını sürətləndirmək üçün BMT Təhlükəsizlik Şurası 2008-ci ildə qətnamə qəbul edib. Bu qətnamənin bəndlərinin birində Moskvada problemin həllinə hesablanmış beynəlxalq konfransın keçirilməsi tələb edilir.