Türkiyə MİDLAS şaquli raket buraxılış sistemini uğurla sınaqdan keçirib - VİDEO

A- A A+

Türkiyədə yerli istehsal olan şaquli buraxılış sistemi MIDLAS uğurla sınaqdan keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir deyib.

Onun sözlərinə görə, atış Türkiyə istehsalı olan HİSAR zenit-raket kompleksi (SAM) tərəfindən həyata keçirilib.

Sədr qeyd edib ki, türk tərtibatçıları gəmilərdən atəş açacaq hava hücumundan müdafiə sistemlərinin əsasını qoyublar.

“2023-cü ildə MIDLAS sistemi “İstanbul” freqatına inteqrasiya olunacaq və Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: