Ukraynada pilotsuz hücum təyyarəsinin sınaqlarının yekun mərhələsinə başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konserninin mətbuat katibi Nataliya Sad məlumat verib.
“Bir sıra uğurlu sınaqlar arxada qaldı. Biz elektron mübarizə üzrə sınaq mərhələsinə keçirik. Ümid edirik ki, onu döyüşlərdə də görə biləcəyik”, - deyə Sad bildirib.
Pilotsuz təyyarənin 75 kiloqram döyüş başlığı daşıya biləcəyi və 1000 kilometrə qədər uçuş məsafəsinə malik olacağı proqnozlaşdırılır.