İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi səbəbindən həmin əyalətdən 2000-dək insan təxliyə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters” agentliyinə istinadla xəbər verir ki, İndoneziya Nəqliyyat Nazirliyi vulkan püskürməsinin aviadaşımalara təsir göstərmədiyi, lakin iki regional aeroporta ayıq-sayıq olmaq üçün bildiriş göndərildiyi barədə məlumat yayıb.
Vulkan nəticəsində həlak olan və ya yaralananlar barədə məlumat verilməyib.