Saratov vilayətində naməlum PUA aerodroma düşüb, xəsarət alanlar var

A- A A+

Rusiyanın Saratov vilayətində naməlum pilotsuz uçuş aparatı (PUA) aerodroma düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, dekabrın 5-də səhər saatlarında PUA yerli aerodromun uçuş-enmə zolağına düşüb. PUA iki təyyarəyə ziyan vurub. Hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: