Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı daha bir dəqiq zərbə əməliyyatı həyata keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Mizgin Kobani” ləqəbli təhlükəli terrorçu Siham Mislih MİT tərəfindən təqib edilib və dəqiq zərbə ilə zərərsizləşdirilib.
Bildirilir ki, terror təşkilatının aparıcı simalarından olan qadın terrorçu Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki “Sülh çeşməsi” antiterror rayonunda xidmət aparan birliklərinə qarşı hücumlar təşkil edib.