Türk Hava Yolları (THY) Ankara ilə Astana arasında birbaşa aviareyslər həyata keçirməyə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk uçuşu THY-nin törəmə şirkəti olan “Anadolu Jet” aviaşirkətinin təyyarəsi Ankaranın Esenboğa Hava Limanından həyata keçirib.
Bildirilir ki, dekabrın 5-də 140 sərnişin daşıyan layner Astananın Nursultan Nazarbayev Hava Limanına enib.
Birinci mərhələdə uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək.