İstanbulda sərnişin nəqliyyatındakı qəzada 33 nəfər xəsarət alıb

A- A A+

İstanbulun Eyüpsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanların sayı 33-ə yüksəlib. Bəzilərinin vəziyyəti ağırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə ilə bağlı İstanbul valisi Ali Yerlikaya açıqlama verib.

Bildirilib ki, toqquşmanın təsirindən sürətlənən avtobus iki avtomobilə və təhlükəsizlik kabininə çırpıldıqdan sonra dayana bilib.

Hadisə yerində müdaxilələr davam edir.

Faktla bağlı araşdırma başladılıb. İlkin məlumatda tramvay xəttindəki siqnal sisteminin artıq bir həftədir işləmədiyinin müəyyən olunduğu bildirilir.

Qeyd edək ki, hadisə dekabrın 5-də səhər saatlarında baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: