Ukraynada dekabrın 5-də genişmiqyaslı hava xəbərdarlığı elan olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir.
Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.
Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində isə yazıb: “Həyəcan siqnalına məhəl qoyun, biz cavab verəcəyik”.
Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Mixail Podolyak vətəndaşlardan sığınacaqlara getməyi və həyəcan siqnallarına laqeyd qalmamağı xahiş edib.