Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskini “İlin adamı” elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə nəşrin tviter hesabına istinadla xəbər verir.
Qeyd olunur ki, Zelenski “Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının igidlik və sarsılmazlıq təcəssümünə çevrilib. Onun Kiyevdə qalmaq, təxliyə barədə təkliflə razılaşmamaq qərarı müharibənin ən mühüm anlarından biri olub.