Türkiyədə mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində genişmiqyaslı əməliyyat başladılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Məlumata əsasən, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyasında “Silindr” kod adı altında keçirilən əməliyyat ölkənin 50 vilayətində paralel şəkildə icra olunur.
Əməliyyatda 18 mütəşəkkil cinayətkar dəstə olmaqla ümumilikdə 502 nəfərin saxlanılması hədəflənir. Onlardan 400-ü artıq ələ keçirilib.
Nazir 2022-ci ildə mütəşəkkil cinayət təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlarda 2703 nəfərin saxlanıldığını, 66 təşkilatın məhv edildiyini açıqlayıb.