“Türk Ulduzları”na məxsus təyyarə qəzaya uğrayıb

A- A A+

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna məxsus F5 təyyarəsi qəzaya uğrayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, hadisə Konya vilayətində meydana gəlib. Qəza bir quşun təyyarəyə çırpılması nəticəsində mühərrikdə yaranan nasazlıq səbəbindən baş verib.

Hadisə anında təyyarədən tullanaraq sağ qalan pilot xəstəxanaya yerləşdirilib, onun səhhətinin yaxşı olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: