Türkiyənin ABŞ-dan “F-16” qırıcı təyyarələrini satın almasına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, ABŞ Konqresinin iki palatasının da yer aldığı komitə tərəfindən hazırlanan 857 milyard dollarlıq müdafiə büdcəsinin son versiyası təqdim olunub. Sənədin bu versiyasında ABŞ-ın Türkiyəyə “F-16” qırıcılarının hazırlanması və modernləşdirilməsi üçün qadağaların qoyulmasına dair maddələr yoxdur. Türkiyə “F-16” qırıcıları ilə bağlı təzyiqləri məharətlə dəf edib.
Türkiyə diplomatiyasının qalibiyyəti olan bu vəziyyət Türkiyə Hərbi Hava qüvvələrinin gücünü artıracaq.
Xatırladaq ki, ABŞ-dan 40 yeni “F-16” qırıcısı almaq istəyində olan Türkiyə, eyni zamanda, arsenalındakı 80 döyüş təyyarəsinin modernləşdirilməsi üçün hissələr tələb edir.