Avropa Komissiyası Belarusda vətəndaş cəmiyyətinin inkişafına dəstək olaraq 25 milyon avro ayırdığını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Avropa Komissiyası “EU4Belarus” proqramının maliyyələşdirilməsinə 25 milyon avro ayırıb. Proqram vətəndaş cəmiyyətinə, gənclərə, tələbələrə, universitet müəllimlərinə dəstək məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
Proqram Belaruslu fəallara təqaüdlərin verilməsini və 500 fəalın mübadilə yolu ilə Avropa İttifaqına dəvət olunmasını təmin edəcək.
2020-ci ildə Avropa Komissiyası Belarus müxalifətinə 3 milyard avro vəsait ayrılması məsələsini müzakirə etsə də, bu proqram həyata keçirilməyib.