Ərdoğanın sözçüsü: “Ukraynada müharibənin uzanması qlobal miqyasda böhranların dərinləşməsinə səbəb olur”
“Ukraynada müharibənin uzanması qlobal miqyasda böhranların dərinləşməsinə səbəb olur”.
NUHÇIXAN İnformasiya Agentliyi TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı bildirib.
İ.Kalının sözlərinə görə, Türkiyə Ukrayna böhranının tezliklə danışıqlar masası arxasında nizamlanmasının tərəfdarıdır: “Türkiyə atəşkəsə nail olmaq üçün diplomatik səylərini qətiyyətlə davam etdirir”.