BMT: Ukraynada elektrik enerjisinin tam kəsilməsi fəlakətə səbəb olacaq

A- A A+

BMT-nin Ukraynada humanitar məsələlər üzrə koordinatou Denis Braunun fikrincə, Ukraynada elektrikin tam kəsilməsi fəlakətə səbəb olacaq, çünki bu halda bütün humanitar təşkilatların imkanları məhdudlaşacaq.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, D.Braunun sözlərinə görə, 40 milyon əhalisi olan ölkəyə bütövlükdə kömək göstərilməsi humanitar qurumun imkanı xaricindədir. Hazırda Ukraynada BMT humanitar təşkilatlarının iki min əməkdaşı var.

Daha əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal məlumat vermişdi ki, Ukraynada şəbəkələrdə elektrik çatışmazlığı 19 faizdir, istehlakçıların elektrik enerjisinin kəsilməsi davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: