Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarələrinin istehsalı ilə bağlı razılığa gəliblər

A- A A+

Britaniya, İtaliya və Yaponiya birlikdə yeni nəsil döyüş təyyarəsi istehsal edəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak İtaliya və Yaponiya ilə 2035-ci ilə qədər süni intellektdən istifadə edərək, ağıl oxuyacaq yeni döyüş təyyarəsi istehsal etmək üçün razılaşdıqlarını açıqlayıb. Baş nazir bildirib ki, birgə müəssisə təhlükəsizlik sahəsində əməkdaşlığı yaxşılaşdıracaq.

Üç ölkə yeni nəsil döyüş təyyarəsinin 2030-cu illərin ortalarına qədər istifadəyə verilməsini hədəfləyir. Beləliklə, yeni tip döyüş təyyarəsi “Tayphoon” tipli döyüş təyyarələrini əvəz edəcək.

Artıq reaktivin hazırlanması üzrə işlərə başlanılıb. Təyyarə pilotsuz uça və hipersəs raketləri buraxa biləcək. Lakin belə təkmil döyüş təyyarəsinin hazırlanması kifayət qədər baha başa gələcək. Layihə iştirakçılarının sayı arta bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: