Son iki ayda Ukraynanın enerji infrastrukturuna mindən çox raket atılıb

A- A A+

Oktyabrın 10-dan etibarən Rusiya ordusu tərəfindən Ukraynanın enerji infrastrukturuna 1000-dən çox ağır raket və pilotsuz uçuş aparatı atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ukrenerqo”nun rəhbəri Vladimir Kudritsk “Ukrinform” Media Mərkəzində keçirdiyi brifinqdə məlumat verib.

Kudritskinin sözlərinə görə, Ukraynanın enerji sistemi son raket hücumundan sonra daha tez stabil iş rejiminə keçib, sistem balanssız olmayıb və qonşularımızla - Moldova və Avropa enerjisi ilə əlaqəli vahid inteqrasiya olunmuş enerji sistemi kimi fəaliyyət göstərir.

"Biz 8 böyük dalğadan və 10-dan çox kiçik zərbədən ilk növbədə qəhrəman Silahlı Qüvvələrimizin sayəsində sağ çıxmışıq. Obyektlərin zədələndiyi bəzi bölgələrdə bərpa işləri aparılır", - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: