Avropa Parlamentinin sədr müavini korrupsiyaya görə saxlanılıb

A- A A+

Avropa Parlamentinin sədr müavini Eva Kaili Belçika paytaxtında Brüsseldə cari dünya çempionatı ilə bağlı korrupsiya işi ilə əlaqədar saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Belçika prokurorluğu polisin xüsusi əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanıldığı barədə məlumat verib.

Eyni zamanda “Politico” qəzeti Qətərin Avropa Parlamentində lobbiçilik fəaliyyəti ilə bağlı araşdırmalar çərçivəsində Belçika polisinin Brüssel və onun ətrafında 16 evdə axtarış apardığını və ən azı 4 nəfəri saxladığını bildirib. Qeyd olunur ki, reydlər parlament üçün böyük qalmaqala səbəb ola bilər.

Belçika federal prokurorluğunun açıqlamasında qeyd edilir ki, axtarışlar “cinayətkar təşkilat, korrupsiya və çirkli pulların yuyulması” ilə bağlı istintaq çərçivəsində aparılıb və ilk növbədə parlament üzvlərini hədəf alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: