Yens Stoltenberq: Ukrayna münaqişəsi NATO-Rusiya müharibəsinə çevrilə bilər

A- A A+

NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə gətirib çıxara bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Stoltenberq bu ehtimalı Norveçin NRK telekanalında yayımlanan “Lindmo” tok-şousunda səsləndirib.

“Qorxuram ki, Ukrayna münaqişəsi nəzarətdən çıxsın və genişlənərək NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilsin. Lakin əminəm ki, biz bundan yayına biləcəyik”, - alyansın baş katibi belə deyib.

Yens Stoltenberq, həmçinin Kiyevə göstərilən yardım mövzusuna toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini vurğulayıb: “Müəyyən bir məqamda danışıqların faydası qalmır. Burada çıxış yolu Ukraynaya hərbi dəstəkdir. Yalnız güclü Ukrayna sülhü təmin edə bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: