Özbəkistan əhalisinin sayı 36 milyon nəfəri ötüb

A- A A+

Özbəkistan Respublikasında daimi yaşayan əhalinin sayı 36 milyon nəfəri ötüb.

NUHÇIXAN İnformasiya Agentliyi UzA saytına istinadla xəbər verir ki, Özbəkistan Dövlət Statistika Komitəsinin dekabrın 9-na olan məlumatına görə, respublika əhalisinin sayı 36 milyon 1301 nəfər təşkil edib. Onlardan 18,1 milyonu kişilər, 17,9 milyonu qadınlardır.

Hazırda Özbəkistan əhalinin sayına görə dünya ölkələri arasında 41-ci yeri tutur.

Özbəkistanda doğum səviyyəsi yüksək olaraq qalır. Ötən ay 83 min 197 yeni doğulmuş körpə qeydə alınıb. 2030-cu ilədək ölkə əhalisinin 41 milyon nəfərə çatacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: