Zelenski: Bahmut şəhəri faktiki olaraq yer üzündən silinib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk cəbhəsindəki Bahmut şəhərinin rus ordusunun hücumları nəticəsində tamamilə dağıldığını bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla bildirir ki, Ukrayna Prezidenti teleqram hesabında paylaşdığı görüntülü mesajda Rusiya-Ukrayna müharibəsində ən şiddətli döyüşlərin Donetsk cəbhəsində getdiyini qeyd edib. Donbasın əsas şəhərləri olan Bahmut, Soledar, Maryinka və Kreminada vəziyyətin çox çətin olduğunu bildirən Zelenski vurğulayıb ki, bu bölgələrdə infrastruktur tamamilə məhv edilib. Bahmut şəhəri isə faktiki olaraq yer üzündən silinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: