Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib. Kreditin 10 illik güzəşt müddəti olacaq.