Bir sıra Avropa ölkələri Makronun açıqlamalarından hiddətlənib

A- A A+

Baltikyanı və digər Avropa ölkələri Fransa Prezidenti Emmanuel Makronun Rusiya üçün təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlamalarından hiddətlənib. Onlar öz fikir ayrılıqlarını rəsmən bəyan edib və Fransaya mövqelərini izah ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-ə istinadla xəbər verir ki, Çexiya, eləcə də Latviya, Litva, Polşa, Slovakiya və Estoniya nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə yazılı müraciət təqdim ediblər.

Bildirilir ki, ötən həftə sənəd layihəsi Çexiyanın nümayəndələri tərəfindən Aİ-nin digər ölkələrinin paytaxtlarına təhvil verilib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibənin danışıqlar masası arxasında bitməsinin, eyni zamanda Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin vacibliyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: