Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın Rusiya tərəfindən endirilmiş zərbələrlə zədələnmiş enerji obyektlərinin qısa müddətdə yüngülvari bərpası üçün azı 1,5 milyard avro lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Zelenski bu sözləri Fransa və Ukrayna tərəfindən birgə təşkil edilmiş “Ukrayna xalqı ilə həmrəylik” mövzusunda beynəlxalq konfransda söyləyib.
Zelenski deyib: “Ukrayna Rusiya tərəfindən bizim enerji obyektlərini endirilmiş müxtəlif intensivlikli yüzlərlə zərbəyə davam gətirib. Lakin təəssüf ki, həmin atəşlər nəticəsində indi bizim elektrik stansiyalarının əksəriyyəti zədələnib və ya dağıdılıb. Bütün su elektrik stansiyaları, bütün istilik elektrik stansiyaları bu vəziyyətdədir”.
Prezident daha sonra əlavə edib ki, Rusiyanın endirdiyi bir zərbə Ukraynada atom elektrik stansiyalarının bütün bloklarını söndürmək lazım gəlib. Prezident Zelenski bildirib: “Ukraynanın Rusiya tərəfindən zərbələr endirilmiş enerji obyektlərinin qısa müddətdə səthi bərpa edilməsi üçün azı 1,5 milyard avro lazımdır. Hər dəfə, Rusiyanın hər zərbəsindən sonra biz elektrik enerjisi generasiya etmək üçün texniki imkanları bərpa etməyə çalışırıq. Bununla belə, enerji sistemində ümumi böhranlı vəziyyət səbəbindən bizim energetiklər hər gün milyonlarla Ukrayna sakinini elektriksiz qoymalı olurlar”.
Onun sözlərinə görə, hazırda Ukraynanın paytaxtında və demək olar ki, bütün vilayətlərində 12 milyona yaxın insan elektrik təchizatından məhrum olur.
Zelenski vurğulayıb: “Təəssüf ki, bizdə bu vəziyyət səciyyəvi hal alıb. Biz hər gün Rusiyanın yeni zərbələrini gözləyirik. Bu zərbələr elektrik kəsilməsi saylarını ekstremal dərəcədə artıra bilər. Bu səbəbdən, hazırda Ukraynada generatorlara və fasiləsiz enerji mənbələrinə zirehli texnika və zirehli jiletlər qədər ehtiyac var”.
Zelenskinin sözlərinə görə, Rusiya tərəfindən blekaut (günün qaranlıq vaxtında elektrik işığının kütləvi şəkildə kəsilməsi - AZƏRTAC) şəraitində adi insanları yalnız bu yolla qorumaq olar.
Dövlət başçısı bildirib ki, hazırda Ukraynada faktiki olaraq mərkəzləşdirilmiş paralel enerji generasiyası sistemi qurulur. Prezident vurğulayıb: “Bu sistem bütün regionlarda çoxsaylı subyektlər tərəfindən sürətlə qurulur, lakin bu sistem Ukraynanın bütün tələbatını təmin edə bilmir”.