Amerikanın “Apple Inc” kompaniyası son beş il ərzində Yaponiyadakı minə yaxın təchizatçısından ibarət şəbəkəyə 100 milyard dollardan çox sərmayə qoyub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, “Apple” 2019-cu ildən bəri xərclərini 30 faizdən çox artırıb. Kompaniyanın təchizatçıları arasında həm beynəlxalq korporasiyalar, həm də kiçik ailə biznesləri var.
“Sony” 2011-ci ildən başlayaraq “iPhone” smartfonlarının kameraları üçün sensorlar istehsalı üzrə “Apple” kompaniyasının Yaponiyadakı ən böyük təchizatçılarından biridir.
Kompaniyanın cihazları üçün komponentlərin istehsalı ilə məşğul olan Yaponiyanın 29 təchizatçısı 2030-cu ilədək tamamilə bərpaolunan enerji mənbələrinə keçmək öhdəliyi götürüb. “Sony”, “Seiko Advance” və “Sumitomo Electric Industries” külək və günəş enerjisi sahəsində layihələrini həyata keçirməyə başlayıb.