Kiyevə kamikadze dronlarla hücum edilib

A- A A+

Bu gün səhər saatlarında Kiyevdə və vilayətində kamikadze dronların hücumu ilə bağlı həyəcan siqnalı eşidilir. Artıq ondan çox düşmən hədəfi vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, hava hücumundan müdafiə və elektron döyüş bölmələrinin səmərəli işi sayəsində Rusiyanın 13 pilotsuz uçuş aparatı məhv edilib.

"Vurulmuş dronun qalıqları Kiyevdə bir inzibati binaya düşüb, şəhərin Şevçenko rayonu ərazisində daha 4 yaşayış binasına cüzi ziyan dəyib. İnsanlar xəsarət almayıb", - deyə Popko bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: