İlon Mask artıq dünyanın ən varlı adamı deyil

A- A A+

İlon Mask bu il elektrikli avtomobil şirkəti “Tesla”dakı səhmlərinin dəyərinin kəskin azalmasından sonra artıq dünyanın ən varlı adamı deyil.

NUHÇIXAN İnformasiya Agentliyi BBC-yə istinadla bildirir ki, Forbes və Bloombergin hesabatına görə, lüks məhsullar şirkəti olan LVMH-nın baş icraçı direktoru Bernard Arnault Maskı geridə qoyub. Mask “Tesla”nın baş icraçı direktoru və ən böyük səhmdarıdır, təxminən 14 faiz paya sahibdir. O, oktyabr ayında tviter sosial şəbəkəsini 44 milyard dollara satın alıb. Forbesə görə, İlon Mask hazırda təxminən 178 milyard dollar, Bernard Arnault isə 188 milyard dollar sərvətə malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: