PKK terror təşkilatına növbəti zərbə

A- A A+

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən PKK terror təşkilatına qarşı İraqın və Suriyanın şimalında növbəti dəfə sarsıdıcı zərbə vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, zərərsizləşdirilən terrorçulardan biri "Roza" ləqəbli Tarıncı, digəri isə "Dilxvaz Agir" ləqəbli Osman Mutludur.

Bildirilir ki, hər iki terrorçu Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilib. Antiterror əməliyyatları keçiriləndə onların yanlarında başqa terrorçular da olub.

Qeyd edək ki, terrorçu "Dilxvaz Agir" partlayıcı yüklənmiş avtomobildə məhv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: